BMT Əfqanıstana qayıdanlar üçün 10 milyon dollar ayırıb. SİA xarici mənbələrə istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatorunun müavini Martin Griffiths sosial media hesabındakı paylaşımında, "Sentyabrın ortalarından bu yana 300 mindən çox əfqan Pakistandan Əfqanıstana qayıtdı" deyib.
Sözügedən insanlar üçün BMT-nin Mərkəzi Fövqəladə Hallara Müdaxilə Fondundan 10 milyon dollarlıq xüsusi bir fond ayırdıqlarını ifadə edən Griffiths, bu fondun "həyati dəstək vermək və əsas humanitar ehtiyacları qarşılamaq üçün" olduğunu ifadə etdi.
Özləm Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə