Bu gün Türkiyə və Rusiya Federasiyası arasında siyasi məsləhətləşmələr keçirləcək. SİA xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, məsləşətləşmələr noyabrın 21-də Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq.
“Rusiya Federasiyası ilə Türkiyə arasında ikitərəfli və regional məsələlər üzrə siyasi məsləhətləşmələr çərşənbə axşamı Moskvada baş tutacaq”, - məlumatda deyilir.
Türkiyə tərəfdən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar, Rusiya tərəfdən isə nazir müavinləri Sergey Verşinin və Aleksandr Qruşko rəhbərlik edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB