İsrail bir məktəb və 9 evi bombalayıb

İsrail bir məktəb və 9 evi bombalayıb

İsrailin təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağına hücumları 46-cı gündür davam edir. Beynəlxalq ictimaiyyətin atəşkəs və humanitar fasilə çağırışlarına baxmayaraq, İsrail ordusu Qəzzanı bombalamağa davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri oktyabrın 7-dən blokadada olan Qəzzada məcburi köçkün fələstinlilərin qaldığı məktəbi və 9 evi bombalayıb. Hücum zamanı çoxlu sayda ölən və yaralanan var.

İsrail ordusundan verilən açıqlamada son 24 saat ərzində Qəzza zolağında təxminən 250 nöqtəyə hava hücumu təşkil edildiyi bildirilib.

Özləm Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə