Ukraynada ərzaq və dərman qıtlığı yaranıb...

Bu arada polşalı yük maşınlarının sərhədi bağlaması səbəbindən Ukraynada ərzaq və dərman qıtlığı yaranıb. Nəqliyyat şirkətləri, əvvəllki razılaşdırılmış şərtlər artıq aktual olmadığını, yenilərinin isə adını çəkməyə belə cəsarət etmədiklərinin xəbərdarlığını edirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukrayna anbarları sürətlə boşalır, Kiyev dəymiş ziyana görə iddialar hazırlayır. Polşa daşıyıcıları noyabrın əvvəlində yük maşınlarının hərəkətini əngəlləyib və aksiyalarını ən azı Yeni ilə qədər uzadacaqlarına söz veriblər.

Etirazçıların sözlərinə görə, Polşanın nəqliyyat bazarı Ukraynadan gələn nəqliyyat şirkətləri tərəfindən öz xidmətlərinin ucuzlaşması səbəbindən zəbt edilib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna və Polşa sərhədi bağlayan polşalı etirazçıların hərəkətlərinə görə hüquqi prosesə başlayacağı bildirilib.

Qeyd edək ki, ayın əvvəlində Polşa daşıyıcıları Ukrayna ilə sərhəddə üç əsas keçid məntəqəsini bağlayıb.

Yeri gəlmişkən, onlar Avropa İttifaqının ukraynalı həmkarlarına verdiyi güzəştlərin ləğvini, həmçinin xüsusi əməliyyat başlayandan sonra ləğv edilmiş ukraynalı yük maşınları üçün beynəlxalq avtomobil daşımaları üçün məcburi icazənin tətbiqini tələb edirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə