Fransanın keçmiş imperatoru Napoleon Bonaparta məxsus qara papaq Parisdə keçirilən hərracda 1,9 milyon avroya satılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hərrac Fransanın paytaxtı Parisin cənubundakı Fontainebleau qəsəbəsində Osenat hərrac evində keçirilib.
Dünən keçirilən hərracda keçmiş Fransa imperatoru Napoleon Bonaparta məxsus qara papaq 1,9 milyon avroya satılıb. Osenat dünənki paylaşımında papağın 600-800 min avroya alıcı tapacağının gözlənildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB