Qəza 11 nəfərin ölümünə səbəb olub

Qəza 11 nəfərin ölümünə səbəb olub

İndoneziyanın Şərqi Yava əyalətində qatarın mikroavtobusla toqquşması nəticəsində azı 11 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə Sinxua agentliyi xilasedicilərə istinadən məlumat yayıb.

Məlumata görə, daha üç nəfər yaralanıb.

Qəza yerli vaxtla saat 19:53-də mikroavtobus nizamlanmayan dəmir yolu keçidində relsləri keçərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə