Rusiyaya Kabil və Tehrandan “Pepsi” gətirilır...

Rusiyaya Kabil və Tehrandan “Pepsi” gətirilır...

Rusiyaya tətbiq edilən sanksiyalara görə bu ölkəyə içki idxalını dayandırdılar. Amma indi Rusiyanın yeni regionlarına Əfqanıstan və İrandan içkilər gətirilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Mash” xəbər verir.

Qeyd edək ki, bu gün Rusiyaya Kabil və Tehrandan paralel idxal qurulub. Belə ki, 2012-ci ildə Əfqanıstanın paytaxtında yaradılan zavodun gücü ildə 360 milyon butulkadır.

...Tərkiblər qonşu Pakistandan gətirilir. İranda da vəziyyət oxşardır, “Pepsi” orada istehsal olunur.

İndi Qərb qazlı suları Xerson və Zaporojye bölgələrində Moskva və Sankt-Peterburqdakı qiymətlərlə satılır.

Bir banka 74-75 rubl, plastik şüşə isə 55 rubldan başlayır.

Qeyd edək ki, bu gün fransız şərabının Rusiyaya idxalının həcmi 40 faiz azalıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə