Qəzza zolağında 13 mindən çox insan həlak olub

Qəzza zolağında 13 mindən çox insan həlak olub

Fələstin-İsrail müharibəsi başlayandan Qəzza zolağının 13 mindən çox sakini həlak olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə anklav hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Ölənlərin sayı 13 mini keçib, onlardan 5500-ü uşaq, 3500 qadındır. Tibb işçiləri arasında qurbanların sayı 201-ə, mülki müdafiə nümayəndələri arasında 22, jurnalistlər arasında ölənlərin sayı 60-a çatıb. ”, - deyə mətbuat xidmətinin "Facebook" səhifəsində bildirilib.

Qəzza zolağı hökuməti həmçinin bildirib ki, münaqişənin son eskalasiyası başlayandan bəri anklavın 30 mindən çox sakini yaralanıb, onların 75%-i uşaq və qadınlardır. Bundan əlavə, itkin düşənlərin sayı 6000-i keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə