Husilər İsrailin yük gəmisini ələ keçiriblər

Husilər İsrailin yük gəmisini ələ keçiriblər

İsrailin “Galaxy Leader” yük gəmisi Ədən körfəzi sularında ələ keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə köşə yazarı Henri Hollouey “The Sun” qəzeti üçün məqaləsində yazır.

Xatırladaq ki, SİA bu barədə bir qədər əvvəl yazmışdı. Belə görünür ki, Yəmənin “Ənsar Allah” (Husi) qruplaşması tərəfindən dediklərini edirlər.

Məsələ bundadır ki, artıq gəminin ələ keçirilməsi İsrail rəsmiləri tərəfindən təsdiqlənib.

Xatırladaq ki, gəminin heyəti 22 nəfərdir. Ehtimallara görə, ekipajın əksəriyyəti Yaponiyadandır.

Məqalə müəllifi xatırladıb ki, qrup bundan əvvəl xəbərdarlıq edib ki, Qırmızı dənizdən keçən israilli iş adamlarına məxsus bütün gəmiləri ələ keçirəcək.

O əlavə edib ki, husilər həmçinin bütün ölkələrdən öz dənizçilərini İsrail gəmilərinin ekipajlarından geri çağırmasını tələb ediblər.

Bu arada “Ənsar Allah”ın (Husi) nümayəndəsi bildirib ki, hərəkat döyüşçüləri gəmiyə qayıqlarla hücum edib və onu Hudeydə əyaləti ərazisinə ələ keçirdikdən sonra yedəkləyiblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə