Türkiyədə qasırğa yük maşınını aşırıb

Türkiyədə qasırğa yük maşınını aşırıb

Türkiyənin Edirne şəhərinin İpsala rayonunda güclü qasırğa baş verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, qasırğa nəticəsində yük maşını İpsala Gömrük Qapısına gedən yolda aşıb. Bundan başqa qasırğa evlərin damlarını uçurub, həmçinin elektrik naqillərini qoparıb, ağacları aşırıb.

Qeyd edək ki, ərazidə yanğınsöndürmə qrupları iş aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə