Lukaşenko uşaq oğurluğuna dəstək verib..?

Zelenski ukraynalı uşaqların qaçırılmasına kömək edən Talaya qarşı sanksiyalar tətbiq edib
Lukaşenko uşaq oğurluğuna dəstək verib..?

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarla bağlı qərarlarının qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb.

100 fiziki və 37 hüquqi şəxsə qarşı beş il müddətinə məhdudiyyətlər tətbiq edilir. Siyahıya Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova, eləcə də onun təsis etdiyi “Luis Quarter” qeyri-kommersiya təşkilatı daxil edilib. Bundan əlavə, Belarus hökumətyönlü fəal və xeyriyyə fondunun təsisçisi Aleksey Talaya qarşı da sanksiyalar tətbiq edilib.

SİA RBC-Ukraynaya istinadən fərmanda ukraynalı uşaqların deportasiyasında əli ola biləcək şəxslərin də olduğunu istisna etmir.

Ukrayna Xarici İşlər Nazirliyinə, fərmanlarda göstərildiyi kimi, Avropa İttifaqı, ABŞ və digər ölkələrin səlahiyyətli orqanlarına sanksiyaların tətbiqi barədə məlumat vermək və onların qarşısında oxşar məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsini qaldırmaq tapşırılıb.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Talay, ukraynalı uşaqların Belarusa aparılmasını Aleksandr Lukaşenko tərəfindən şəxsən bəyənilib və dəstəkləndiyini bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə