İsrailli məhbusların yaxınları Türkiyədən kömək istəyib

İsrailli məhbusların yaxınları Türkiyədən kömək istəyib

...HƏMAS-ın israilli məhbuslarının yaxınları Türkiyədən onların xilas edilməsində kömək istəyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan danışıb.

O, HƏMAS-ın nəzarətində olan israillilərin ailələrindən məktub aldığını bildirib. Onlar işə qarışaraq yaxınlarını azad etməyi xahiş ediblər.

“HƏMAS-ın bu insanları azad etməmək perspektivi yoxdur. Onsuz da “onları azad edəcəyik” deyirlər.

Bunu deyən Ərdoğanın sözlərinə görə, Fələstin hərəkatının nümayəndələri əks şərtlər irəli sürürlər. Onlar İsraildən qeyri-qanuni olaraq həbs edilmiş fələstinliləri, o cümlədən kiçik uşaqları, ana və ataları azad etməsini istəyirlər.

Türkiyə lideri qeyd edib ki, hazırda araşdırma aparan Ankara kəşfiyyatı nəticə əldə etməyə çalışır.

Ərdoğanın hesablamalarına görə, Təl-Əviv on minə yaxın fələstinlini girov saxlayır.

Almaniyaya səfəri zamanı Türkiyə prezidenti Berlinə onların azad edilməsini təklif etsə də, alman hakimiyyəti “buna razı olmayıb”(?).

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə