ABŞ-ın Kolorado ştatının məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2021-ci ilin əvvəlində Kapitoliyə hücumda iştirakına baxmayaraq, onun növbəti prezident seçkilərində iştirak edə biləcəyi barədə qərar verib.
Maraqlıdır ki, hakim Trampın iğtişaşları qızışdırdığını müəyyən edib. Eyni zamanda, məhkəmə qərarında onun 2024-cü ildə prezidentliyə namizəd ola biləcəyi xüsusi qeyd olunur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Associated Press” bildirib.
Keçmiş prezidentin məhkəmədəki nümayəndəsi Trampın Kapitoliyə hücumda iştirakını qəti şəkildə rədd edib.
Qeyd edək ki, əvvəllər oxşar qərarlar Minnesota və Miçiqan ştatlarının məhkəmələri tərəfindən verilirdi.
Trampın diskvalifikasiyası işlərinə ABŞ Konstitusiyasına ölkəyə qarşı üsyan və ya üsyandan sonra dövlət vəzifəsi tutmağı qadağan edən 14-cü düzəliş çərçivəsində baxılır.
İddialar Trampı 2021-ci ilin yanvarında Konqresdə Cozef Baydenin 2020-ci il prezident seçkilərində qələbəsini təsdiq etməsinə mane olmaq üçün Ağ Evə hücumu təhrik etməkdə ittiham edərək, onu seçkidən çəkindirməyə çalışırmış.
Son sorğulara görə, Respublikaçıların praymerizində Tramp liderdir. O, praymerizdə qalib gəlsə, ümumi prezident seçkilərində iştirak etmək hüququ qazanacaq və ABŞ-ın hazırkı prezidenti, demokrat Cozef Baydenə ehtimal rəqibi olacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB