Ərdoğan Yaxın Şərqi müharibədən xilas edə biləcək ölkələrin adını çəkib
Bu, prioritet məsələdir...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Berlində Almaniya kansleri Olaf Şolzla keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə və Almaniya birgə səylərlə Yaxın Şərqi “İsrail və Fələstin arasındakı münaqişənin alovunun” yayılmasından xilas edə bilərlər. Onun dediyinə görə, bölgədə hərbi əməliyyatların dayandırılması prioritet məsələdir,

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə liderinin sözlərini TRT Haber yayımlayıb.

“...Əgər biz Türkiyə və Almaniya humanitar atəşkəsi təmin edə bilsək, münaqişə alovlarının bütün regiona yayılmasının qarşısını ala bilərik. Atəşkəs bizim hamımız üçün əsas prioritetdir”, - deyə Ərdoğan bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə