Putindən Böyük Britaniyaya xəbərdarlıq?..

Putindən  Böyük Britaniyaya xəbərdarlıq?..

Rusiyanın qitələrarası səsdən sürətli strateji raketdaşıyan bombardmançı Tu-160-ın Britaniya adalarının şimalında uçuşu Rusiya prezidenti Vladimir Putinin Böyük Britaniyaya doğru atdığı “dəhşətli addımdır”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Express” yazır.

“Tu-160-ın Britaniyanın şimalına uçması Putinin Londona xəbərdarlığıdır”, - materialda deyilir.

Onlar əlavə ediblər ki, belə bir addım Ukraynada davam edən münaqişə ilə bağlıdır.

Maraqlıdır ki, Moskva uçuşları “adi” təlimlər kimi qiymətləndirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə