Nebenzya Zelenskini Roma imperatorları ilə müqayisə edib

Nebenzya Zelenskini Roma imperatorları ilə müqayisə edib

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında Ukrayna liderinin Ukrayna Pravoslav Kilsəsini sıxışdırmaq istəyinə görə Vladimir Zelenskini xristianları təqib etməklə tanınan Roma imperatorları ilə müqayisə edib.

...Zelenski... hazırkı münaqişəyə səbəb olan eskalasiyanın yeni mərhələsini başlatdı. İndi, deyəsən, o, xristianları təqib edən məşhur Romalı imperatorlar Klavdi, Neron, Trayan və Diokletianla bərabər şöhrət qazanmağı planlaşdırır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, RİA Novosti bunu Nebenzyadan sitat gətirir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rada birinci oxunuşda Ukraynada kanonik Ukrayna Pravoslav Kilsəsini qadağan edən qanunu qəbul edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə