"2025-ci ildə "Togg"u Avropa yollarında görəcəyik"

"2025-ci ildə "Togg"u Avropa yollarında görəcəyik"

Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır Türkiyənin yerli və tam elektromobili "Togg"un 2025-ci ildə Avropa yollarında olacağını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

M.Kaçır Belçikanın paytaxtı Brüsseldəki təmasları çərçivəsində açıqlamalar verib.

Nazir Kaçır əvvəlcədən sifariş edilən 20 min "Togg"un ilin sonuna qədər sahiblərinə təhvil veriləcəyini bildirərək deyib: "2024-cü ilin sonuna qədər "Togg" artıq Avropa İttifaqına (Aİ) ixrac olunma nöqtəsinə çatacaq və 2025-ci ildə Avropa yollarında gün keçdikcə daha çox "Togg" avtomobili görəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə