Qəzzaya humanitar yardım dayandırılıb

Qəzzaya humanitar yardım dayandırılıb

Qəzzaya humanitar yardım dayandırılıb. SİA xarici mənbəyə istinadən bildirir ki, İsrailin 42 gündür hücumlarını davam etdirdiyi Qəzza zolağında humanitar böhran yaşanır.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyindən verilən açıqlamada bildirilib: “Bu gün Rəfah Sərhəd Qapısından heç bir yardım əməliyyatı olmayacaq. Qəzzada yanacaq olmadığı üçün rabitə şəbəkəsi işləmir. Bu vəziyyət humanitar yardım karvanlarının koordinasiyasını qeyri-mümkün edir”.

Açıqlamada həmçinin deyilib ki, Qəzza zolağında fəaliyyət göstərən sonuncu çörək zavodu yanacaq çatışmazlığı səbəbindən bu həftənin əvvəlində bağlanıb: "Yanacaq çatışmazlığı Qəzzada olan 130 çörək zavodunun hamısında çörək istehsalını dayandırıb. Qəzza xalqının əsas qida məhsulu olan çörək ya çox azdır, ya da yoxdur. Yanacaq qıtlığı həm də ərzaq yardımı daxil olmaqla humanitar yardımın paylanmasını və əməliyyatlarını pozur".

Çərşənbə axşamı Misirdən Qəzzaya gələn yardımın paylayıcı maşınlar üçün kifayət qədər yanacaq olmadığından sığınacaqlardakı mülki şəxslərə çatmadığı bildirilib.

Özləm Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə