Ərdoğanın Almaniyaya səfəri başlayıb

Ərdoğanın Almaniyaya səfəri başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya səfəri başlayıb. SİA xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

O, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şotsla görüşəcək.

Liderlərin qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Yaxın Şərq və Şərqi Avropadakı durumu müzakirə edəcəkləri gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə