Aretoviçə qarşı cinayət işi açılıb

Aretoviçə qarşı cinayət işi açılıb

Ukrayna polisi Ukrayna prezidentinin keçmiş müşaviri Aleksey Arestoviçə qarşı cinayət işi açıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Qolos” partiyasından olan xalq deputatı Natalya Pipa öz “Facebook” səhifəsində yazıb.

“Vətəndaş Aretoviçə qarşı cinayət işi açılıb. Bu barədə mənə Ukrayna Milli Polisi məlumat verib, mən də sizə məlumat verirəm. Biz kəşfiyyatçının Ukraynaya qayıtmasını gözləyirik”.

Natalya Pipa o yazıb bunu.

Qeyd edək ki, o, başqa təfərrüatları açıqlamayıb.

Ukrayna Milli Polisi bir qrup xalq deputatının cinayət barədə yalan məlumat verməsi ilə bağlı müraciətindən sonra paytaxt müstəntiqləri cinayət işinə başlayıblar.

Bunu “Unian” agentliyi xəbər verir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə