Spiker CHP sədri ilə görüşdü

Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri Numan Kurtulmuş ölkənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri Özgür Özellə görüşüb. SİA xəbər verir ki, bu barədə TBMM-nin rəsmi X səhifəsində paylaşım edilib.

Görüş CHP-nin parlament fraksiyasının ofisində gerçəkləşdirilib. Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə