İsrail Müdafiə Qüvvələri Qəzza zolağı limanına nəzarəti ələ keçirdi
İsrail Müdafiə Qüvvələri HƏMAS-ın terror məqsədləri üçün istifadə etdiyi Qəzza zolağı limanına nəzarəti ələ keçirib.SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətindən məlumat verilib.
“Birgə əməliyyat zamanı 188-ci Zirehli Briqadanın və 13-cü Donanmanın hərbçiləri HƏMAS terror təşkilatının nəzarəti altında olan Qəzza zolağı limanına operativ nəzarəti ələ keçirib. Liman HƏMAS tərəfindən terror məqsədləri üçün istifadə edilib”, - deyə məlumatda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB