“Tacsız kraliça” rus səlahiyyətliləri üçün elə də bir önəm kəsb eləmir?
Alina Kabayeva ev dustağıdır..?

...O vaxt Kreml rəhbəri Vladimir Putinin ölüm(?) xəbərini ilk olaraq yayan “General SVR” Telegram kanalı, bu dəfə də rusiyalı gimnast Alina Kabayevanın ev dustaqlığında olduğunu yazıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, kanal elə belə də yazıb: “... “mərhum prezident”in həyat yoldaşı Alina Kabayeva faktiki olaraq ev dustaqlığındadır.

Deyilənlərə görə, hazırda Kabayevanın təhlükəsizlik məsələsi əhəmiyyətli dərəcədə gücləndirilib. Onun Valdaydakı iqamətgahından kənarda bütün hərəkətləri əlaqələndirilməyə hesablansa da, amma bu da çox nadir hallarda baş verir.

Yenə də deyilənlərə görə, Kabayevanı ictimaiyyətə göstərməyə hazırlaşırlar, lakin bu, məsələnin mahiyyətini elə də dəyişməyə bilər.

Məsələ bundadır ki, Alina Kabayeva hazırda öz azadlığına nəzarət etmir. Məsələ bundadır ki, Putinin qızlarından fərqli olaraq, Kabaeva Rusiyanın hazırkı səlahiyyətlilərinin gözündən düşüb.

Yəni, necə deyərlər, “tacsız kraliça” artıq onlar üçün elə də bir önəm kəsb eləmir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə