Britaniya ilə ən böyük hərbi təlim Yaponiyanın Qunma prefekturasında başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Vigilant Isles” adlanan təlimdə Yaponiya quru qüvvələrinin 400 əməkdaşı, həmçinin 200 Britaniya əsgəri iştirak edir. Bu da manevrlərin bütün müddəti üçün rekord göstəricidir.
Qoşunların təlimi Yaponiyanın dörd prefekturasında keçiriləcək. Təlim noyabrın 26-dək davam edəcək. Təlim zamanı əsgərlər “uzaq adaları müdafiə etmək” üçün infiltrasiya və kəşfiyyat məşqləri keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB