Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Jurnalistika fakültəsinin dekan müavini Yuri Kobaladze Ukrayna ilə müharibəyə qarşı çıxan teleaparıcı İvan Urqantı mühazirə oxumağa dəvət etdikdən sonra universitetdən qovulub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Diqqət, Moskva” və “Paraqraf” teleqram kanalları mənbələrə, o cümlədən tələbələrə istinadən bildiriblər.
Qeyd edək ki, Kobaladzenin işdən çıxarılması rəsmi olaraq elan edilməsə də, lakin onun adı, Meduza-nın qeyd etdiyi kimi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Jurnalistika fakültəsinin müəllimləri siyahısından itirilib və universitetin saytındakı şəxsi səhifəsində belə yazılıb: “2014-2023-cü illərdə beynəlxalq jurnalistika kafedrasının dekan müavini və professor vəzifəsində çalışıb”.
“Diqqət, Moskva” iddia edir ki, Kobaladze işdən çıxarılması barədə tələbələrə noyabrın 14-də məlumat verib, lakin bunun səbəblərini açıqlamayıb. Professor “Paraqraf”a bildirib ki, işdən çıxarılması ilə bağlı xəbərlərə münasibət bildirməyəcək. “Diqqət, Moskva” yazır ki, tələbələr kollektiv məktub yazaraq müəllimin qayıtmasını xahiş edəcəklər, amma məsələ bundadır ki, onlar özləri də qovulmaqdan qorxurlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB