İtaliyada noyabrın 17-də nəqliyyat sahəsində bir günlük milli tətil elan edilməsi qərara alınıb. SİA xəbər verir ki, həmkarlar ittifaqları tərəfindən qəbul olunan qərara əsasən, ölkədə bütün ictimai nəqliyyat növləri üzrə işçilər tətil edəcək. Səhər saat 09:00-dan gecə 01:00-dək ölkə boyu qatarlar, avtobuslar, tramvaylar, metrolar və taksilər işləməyəcək.
İtaliya Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini həmkarlar ittifaqlarının rəhbərləri ilə görüşüb.
“Biz hər gün səyahət etməli olan milyonlarla italiyalını qorumaq istəyirik. Tətil hüququ ilə işləmək hüququ və hərəkətlilik arasında tarazlıq tapmaq istəyirik”, - deyə nazir qeyd edib.
Tətilə hava yolu şirkətləri, aviasiya sənayesinin və hava limanlarının yerüstü işçi heyətinin də qoşulacağı bildirilir.
Qeyd edək ki, son bir neçə aydır İtaliyada nəqliyyat sahəsində sosial gərginlik artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB