Beliz hökuməti də İsraillə diplomatik münasibətləri kəsdi...

Beliz hökuməti də İsraillə diplomatik münasibətləri kəsdi...

Mərkəzi Amerikanın şərq sahilində yerləşən Beliz hökuməti İsrail ordusunun humanitar qanunları pozması səbəbindən İsraillə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

SİA xəbər verir ki, bu barədə Beliz hökumətinin saytında məlumat verilib.

Qeyd olunur ki, Beliz İsrailin Belizdəki fəxri konsulluğunun fəaliyyətini dayandırır, həmçinin İsrailin təyin olunmuş səfiri ilə bağlı Akkreditasiya Müqaviləsini ləğv edir.

“Xarici İşlər, Xarici Ticarət və İmmiqrasiya Nazirliyi dərhal qüvvəyə minməli olan aşağıdakı tədbirləri görüb:

a) Beliz Hökuməti İsrailin Belizdəki səfiri Zati-aliləri Einat Kranz-Neiger üçün akkreditasiya müqaviləsini geri götürür;

b) İsrailin Belizdəki Fəxri Konsulluğu tərəfindən həyata keçirilən bütün fəaliyyətlər və fəxri konsul təyinatı dayandırılır”, - hökumətin saytında deyilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə