“Kiyev rusların iştahını təmin etmək niyyətində deyil...”

“Kiyev rusların iştahını təmin etmək niyyətində deyil...”

...Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov, Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişənin hələ uzun müddət davam edə biləcəyini istisna etməyib.

Onun fikrincə, tərəflərin sülh müqaviləsi imzalamamaq ehtimalı var.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Novoye Vremya” üçün yazdığı məqalədə Budanov, “...tarixdə dövlətlər arasında uzun müddət davam edən müharibələrin heç vaxt qanuni şəkildə bitmədiyi halların olduğunu da” dilə gətirib.

Qeyd edək ki, RBC xəbər verir ki, Budanov 1945-ci ildən sonra sülh sazişi bağlamayan Rusiya və Yaponiyanı misal çəkmək istəyib.

…Bu ərazi probleminin 70 ildən çox yaşı var. Ona görə də bu ssenarinin baş vermə ehtimalı yüksəkdir.

Budanov bildirib bunu.

Baş Kəşfiyyat İdarəsinin rəhbərinin sözlərinə görə, Rusiyanın təkcə Krıma deyil, Ukraynaya münasibətdə əhəmiyyətli ərazi iştahı var və Kiyev onları təmin etmək niyyətində deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə