Müxalifətçi deputata qarşı 3 cinayət işi açılıb

Müxalifətçi deputata qarşı 3 cinayət işi açılıb

Sankt-Peterburqdan olan bələdiyyə deputatı Vladimir Voloxonskiyə qarşı üç cinayət işi açılıb: terrora haqq qazandırmaq, Rusiya ordusu haqqında saxta məlumatlar yaymaq və Rusiya ordusunu yenidən gözdən salmaq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Voloxonskinin özü bəyan edib.

2022-ci ilin martında, Ukrayna ilə genişmiqyaslı müharibə başlayandan sonra Rusiyanı tərk edən deputatın sözlərinə görə, ittihamların mahiyyəti ona məlum deyil. Eyni zamanda o, istintaqın Xüsusi Vacib İşlərin İstintaq İdarəsi tərəfindən aparıldığını vurğulayıb.

Qeyd edək ki, yola düşməzdən bir müddət əvvəl Voloxonski bələdiyyə şurası deputatlarının iclasında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə qarşı çıxış edibmiş.

Məhz elə buna görə də 2022-ci ilin oktyabrında ordunu gözdən salmaq haqqında inzibati maddə ilə qiyabi mühakimə olu naraq30 min rubl cərimə edilib.

...İşlərin başlanması ilə bağlı rəsmi məlumat hələ ki, verilməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə