“Vicdansız yalançı”..?

Slovakiyanın keçmiş baş naziri İqor Matoviç parlamentin iclasına “Vicdansız yalançı” yazısı olan plakat gətirib. Matoviç bu sözləri ölkə hökumətinin yeni rəhbəri Robert Fikoya ünvanlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

Deyilənlərə görə, insident parlamentin iclası zamanı, Fikonun çıxışından dərhal sonra baş verib. Hökumət başçısının nitqini tamamlamasını gözlədikdən sonra Matoviç tribunada yer alıb və plakatını açıb. Təhqiredici ifadə ilə yanaşı, Fikonun istiqamətini göstərən böyük qırmızı ox da işarələnmişmiş.

...Deputat Matoviç, sizdən bu cür hərəkətlərdən çəkinməyinizi xahiş edirəm. Bilirsiniz ki, zalda belə cihazların olması qadağandır.

Deməli, bunu Slovakiya Parlamentinin rəhbəri Peter Pelleqrini bildirib.

Maraqlıdır ki, Fiko özü də Matoviçin hərəkətinə heç bir reaksiya vermədi. Yəni “tükü belə tərpənməyib”.

Xatırladaq ki, oktyabrın 25-də Slovakiyanın yeni Baş naziri seçilən Robert Fiko, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiya siyasətini tənqid edib, həmçinin Ukraynaya hərbi dəstəyi azaltmağa çağırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə