İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatı zamanı həlak olan İsrail əsgərlərinin sayının 46-ya çatdığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, İsrail ordusunun radikal Fələstinin HƏMAS qruplaşmasına qarşı davam edən əməliyyatı zamanı Qəzza zolağının şimalında gedən döyüşlərdə daha iki əsgər (21 yaşlı çavuş və 27 yaşlı sıravi əsgər) həlak olub.
Qeyd edək ki, İsrail ordusunun quru hücumunun başlamasından bəri ölən hərbçilərin sayı 46-ya çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB