Xarkova hava hücumu - partlayışlar var

Ukraynanın Xarkov vilayətində bölgəyə hava hücumu xəbərdarlığı edildikdən sonra partlayış səsləri eşidilir. SİA xəbər verir ki, bu barədə Ukraynanın “Zerkalo Nedeli” nəşri yazıb.

"Bölgədə partlayışlar qeydə alınır", - məlumatında deyilib.

Qeyd edək ki, bundan öncə Xarkov da daxil olmaqla, beş regionda hava hücumu xəbərdarlığı elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə