Rusların "Msta-S" özüyeriyən haubitsası məhv edilib

Rusların "Msta-S" özüyeriyən haubitsası məhv edilib

...Son günlər Ukrayna hərbçiləri Rusiya artilleriyasını məhv etməkdə davam edir? Son günlər 152 mm-lik “Msta-S” özüyeriyən haubitsa və bir çox başqa texnika Ukrayna qüvvələrinin hücumuna məruz qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Censor.NET” bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenkoya istinadən xəbər verir.

“...Biz düşməni torpaqlarımızdan sıxışdırmaqda davam edirik. Ötən həftə Milli Qvardiyanın 27-ci Peçersk briqadasının hava-kəşfiyyat qrupları şərq və cənub istiqamətlərində səmərəli fəaliyyət göstərib”, - deyə Klimenko yazıb.

Onun sözlərinə görə, ukraynalı döyüşçülər beş tank; doqquz ədəd digər zirehli texnika; üç artilleriya sistemi; iki özüyeriyən silah; 12 ədəd düşmən texnikası; döyüş sursatı olan üç sahə anbarı aşkarlayaraq məhv ediblər.

Deyilənlərə görə, Klimenko 152 mm-lik “Msta-S” özüyeriyən haubitsasının məhv edilməsinin videosunu da yayımlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə