Almaniyanın xarici işlər naziri Annalena Berbok, Kremlin ümidlərinə baxmayaraq, Ukraynaya dəstəyin əhəmiyyətli dərəcədə genişləndiyini açıqlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Almaniyanın “Welt” nəşri xəbər verir ki, o, bu barədə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə bildirib.
Berbok, “...bizim dəstəyimiz xüsusilə gələn il çox genişlənəcək” deyə bildirib.
Rusiya rəhbəri Vladimir Putinin Yaxın Şərqdə artan münaqişə səbəbindən Avropa İttifaqının Ukraynaya daha az dəstəyinə mümkün ümidlərinə gəlincə, Berbok deyib: “Putin dünyadakı dramatik vəziyyəti nəzərə alaraq bayramı çox erkən qeyd edir. Çünki biz təkcə Ukraynaya dəstəyimizi davam etdirməyəcəyik, onu daha da genişləndirib və artıracağıq”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB