Polşanın baş naziri Mateuş Moravetski parlament seçkilərindən sonra bütün kabineti ilə birlikdə istefa verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Dziennik.pl” nəşri yayıb.
Moravetski istefa ərizəsini yeni Seymin (parlament) ilk iclasında təqdim edib. Qeyd edək ki, Polşa Konstitusiyasına görə o, bunu etməli idi.
Polşa Prezident Aparatının dövlət katibi Malqorzata Paprocka bildirib ki, gələcəkdə Anjey Duda Moravetskiyə yeni hökumətin qurulmasını tapşıracaq.
Bunun üçün onun 14 günü var. Bu müddət ərzində Moravetski hökumətin iş proqramını Seymə təqdim etməli və etimad səsi almalıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB