...ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan radikal HƏMAS qruplaşmasının oktyabrın 7-də İsrailə hücumu təkcə Qəzza zolağı ilə sərhədə yaxın yaşayış məntəqələrini ələ keçirmək, onların sakinlərini öldürmək və ya girov götürmək məqsədi daşımayıb. Bu həm də Yaxın Şərqdə genişmiqyaslı qarşıdurmanı qızışdırmaq cəhdinə hesablanıbmış.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə HƏMAS-ın planlarına dair mövcud sübutların təhlili əsasında “The Washington Post” qəzetinin materialında deyilir.
Beləliklə, nəşrin iddiasına görə bir sıra Qərb və Yaxın Şərq ölkələrindəki kəşfiyyat mənbələrinin qeyd etdiyi yeni faktlar göstərir ki, HƏMAS İsrail sərhədindəki yaşayış məntəqələri ilə məhdudlaşmaq niyyətində olmayıb və “ikinci hücum dalğası”na hazırlaşır.
Məlumata görə, basqınçılardan bəzilərinin yanlarında bir neçə günlük ərzaq və sursat, habelə İsrail ərazisinə daha da irəliləmələri barədə göstərişlər olub. Xüsusilə, onların Fələstin Administrasiyasının nəzarəti altında olan İordaniya sahilinin qərb sahilindəki ərazilərinə çatmalı, həmçinin İsrailin iri şəhərlərinə və hərbi bazalarına nüfuz etməli olduqları iddia edilir.
Təbii ki, HƏMAS rəsmiləri İsrailin hücuma, o cümlədən Qəzza zolağında hərbi əməliyyata cavab verməyə hazır olduqlarını bilirdilər.
İddialara görə, İsrail sakinlərinə qarşı törədilən qırğınlar yəhudi dövlətini məhz belə bir reaksiyaya sövq etmək məqsədi daşıyırmış.
Eyni zamanda HƏMAS İordan çayının qərb sahilində İsrailə qarşı kütləvi etirazların başlanmasına, eləcə də digər ölkələrin münaqişəyə müdaxiləsinə ümid edirmiş. Eyni zamanda qrup rəhbərliyi İsrailin cavab addımlarının Qəzzanın dinc əhalisinin kütləvi ölümünə səbəb olacağını anlayıb.
Materialda HƏMAS-ın hücuma hazırlığından da bəhs edilir. Yəni bu hazırlığın ir ildən çox müddətə həyata keçirildiyi iddia edilir. Əməliyyatda əsas amil HƏMAS-ın niyyətləri barədə İsraili çaşdırmaq olub. Oktyabrın 7-də HƏMAS silahlı qüvvələri 30-a yaxın istiqamətdən İsrail ərazisinə daxil olaraq, 22 yaşayış məntəqəsini ələ keçirib və 1200-dən çox dinc sakini qətlə yetirib.
Reydin bir çox iştirakçısı Qəzza zolağına qayıtmağa müvəffəq olub.
...Və təbii ki, gözləniddiyi kimi, İsrail HƏMAS-a qarşı böyük hərbi əməliyyata başlayaraq, Qəzzada quru əməliyyatlarını davam etdirir.
HƏMAS-ın nəzarətində olan Qəzza rəsmilərinin son məlumatlarına görə, İsrail ordusunun hücumları nəticəsində 11 mindən çox insan həlak olub, onlardan dörd min yarımdan çoxu uşaqdır. Dünyanın bir çox ölkələrində fələstinlilərə dəstək nümayişləri keçirilir. Bir sıra ölkələr İsraildən səfirlərinin geri çağırıldığını açıqlayıb.
...Lakin HƏMAS-dan başqa heç bir ölkə və ya böyük qrup hələ İsraillə genişmiqyaslı silahlı qarşıdurmaya girməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB