Polşa Belarus sərhədinə tank batalyonu yerləşdirib

Polşa Belarus sərhədinə tank batalyonu yerləşdirib

Polşa Belarus sərhədi yaxınlığında yeni tank batalyonunu yerləşdirib. SİA Polşa mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Mariuş Blaşçak bildirib.

Yeni tank batalyonu Brest vilayətində Belarusla sərhədə yaxın Çartayev bölgəsində işə başlayacaq. Bölmə 1-ci piyada diviziyasına daxil olacaq.

"Onun vəzifəsi şərqdən hücum istiqamətlərinə baxsaq, təcavüzkarın qarşısını almaq və təhlükəsizliyi təmin etmək olacaq", - deyə qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə