Çində keçmiş məktəb direktoru edam edilib

Çində keçmiş məktəb direktoru edam edilib

Çində məktəbdə işləyən Sanq Lonqci adlı məktəb direktoru 8-12 yaş arası 5 qıza təcavüz etməkdə və 8-14 yaş arası 17 qıza qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hökm noyabrın 7-də, təqsirləndirilən şəxsin yerli məhkəmənin edam hökmündən verdiyi apellyasiya şikayətinin Qansu Ali Məhkəməsi tərəfindən rədd edildikdən sonra icra edilib.

Qeyd olunub ki, cinayətdən zərər çəkən şagirdlərə yerli təhsil rəhbərliyi tərəfindən psixoloji yardım və dəstək göstərilib, hadisə baş verən ibtidai məktəb bağlanaraq başqa məktəbə birləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə