Antisemitizmə qarşı son illərin ən böyük yürüşü Parisdə keçirilib

Antisemitizmə qarşı son illərin ən böyük yürüşü Parisdə keçirilib

İsrail və HƏMAS arasında davam edən müharibə fonunda antisemitizmin artmasına qarşı yürüşdə 100 mindən çox insan iştirak edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Associated Press” yazır.

“Antisemitizmə qarşı uzun yürüş” Milli Assambleya və Senatın prezidentləri Yael Braun-Pive və Cerard Larşe çağırışı ilə təşkil edilib. Baş nazir Elizabet Born, ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen və keçmiş prezident Nikola Sarkozinin də olduğu etirazçıların cərgəsini 3 mindən çox polis müşayiət edib.

Nəşrin yazdığına görə, prezident Emmanuel Makron yürüşdə iştirak etməsə də, lakin etirazçılara dəstəyini ifadə edib və “tükənmiş antisemitizmin dözülməz dirçəlişinə qarşı ayağa qalxmağa” çağırdığını bildirib.

Səlahiyyətlilərin məlumatına görə, yürüşdə 180 mindən çox insan iştirak edib. Onların əksəriyyəti Parisdə - 105 min, Marseldə - 7,5 min və Strasburqda - 5 min nəfər toplaşıb.

“La Tribune” yazır ki, bu, Fransada antisemitizm əleyhinə keçirilən doqquzuncu nümayişdir və 1980-ci illərin əvvəllərindən bəri ən böyük nümayişlərdən biridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə