Türkiyə prezident administrasiyası Suriyadan Türkiyəyə böyük miqdarda silah göndərilməsi ilə bağlı xəbərləri təkzib edib.
Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Kommunikasiyalar Müdirliyi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzindən verilən açıqlamada bildirilir ki, Ticarət Nazirliyinin gömrük nəzarəti qrupları gecə-gündüz işləyir, sərhədimizdən keçən yük maşınlarının salonu və yüklər fiziki müayinə üçün nəzarətə götürülür.
SİA RİA Novosti-yə istinadən xəbər verir ki, rentgen qurğularından keçən avtomobillər ətraflı müayinədən keçirilir.
Qeyd edək ki, bir müddət bundan əvvəl müxalif mediada və X sosial şəbəkəsində Suriyadan gələn silahlarla bağlı xəbərlər yer alıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB