Prezidenti “təhqir etdiyinə” görə iki il yarım iş alıb...

Prezidenti “təhqir etdiyinə” görə iki il yarım iş alıb...

...Səmərqənd vilayətinin Kattakurqan rayon məhkəməsi 19 yaşlı Dilşod İskəndərovu Özbəkistan “prezidentini təhqir etməkdə (cinayət məcəlləsinin 158-ci maddəsinin 3-cü hissəsi)” ittiham edərək iki il yarım müddətinə azadlıqdan məhrum edib.

İş materiallarına görə, bu yayın əvvəlində İskəndərov Rusiyada olarkən İnstaqramda prezident Şavkat Mirziyoyevin ailəsi ilə bağlı videonun altına şərh yazıb.

“... sənin övladın Ş.M Mirziyoyev üçün”.

Qeyd edək ki, İskəndərov sonradan yazdığını silib. Özbəkistan Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzi belə qənaətə gəlib ki, Dilşod İskəndərovun şərhində “prezidenti təhqir və nüfuzdan salmaqla bağlı hərəkətlər var”. 2022-ci ilin noyabrında Dilşod İskəndərov işləmək üçün Rusiyanın Vladivostok şəhərinə gedib. 2023-cü ilin avqustunda o, internetdə dərc etdiyinə görə orada ona qarşı iş açıldığını biləndən sonra Özbəkistana qayıdıb.

Məhkəmədə İskəndərov təqsirini etiraf edib. "O, Şavkat Mirziyoyevin apardığı siyasətə qarşı olmadığını, sadəcə olaraq gəncliyinə və anlaşılmazlığına görə prezident haqqında təhqiramiz sözlər yazıb", - məhkəmə qərarında deyilir. Məhkəmə onun İnstaqram səhifəsini də bloklamaq qərarına gəlib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə