Londonda etiraz aksiyaları zamanı 9 polis əməkdaşı yaralanıb

Londonda etiraz aksiyaları zamanı 9 polis əməkdaşı yaralanıb

Londonda etiraz aksiyaları zamanı sağçı radikallar tərəfindən 9 polis əməkdaşı yaralanıb. SİA TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə London Polis İdarəsi (Scotland Yard) məlumat yayıb.

“Bugünkü etiraz aksiyalarının sağçı iştirakçılarının polisə qarşı həddindən artıq zorakılığı dərin narahatlıq doğurur. Bunlar əsasən İngiltərənin hər yerindən gələn futbol xuliqanları idilər və günün çox hissəsini onları dayandırmağa çalışan polis əməkdaşlarına hücum edirdilər”, - deyə “Scotland Yard”ın rəhbərinin müavini Matt Tvist deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə