“Ukraynanın qələbəsindən sonra Belarus və Gürcüstanda rejim dəyişəcək”

“Ukraynanın qələbəsindən sonra Belarus və Gürcüstanda rejim dəyişəcək”

...SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikri politoloq, London Universitet Kollecinin ukraynaşünaslıq üzrə professoru Endryu Vilson şənbə günü, noyabrın 11-də telemarafon zamanı deyib.

“Düşünürəm ki, biz postsovet məkanının sonunu görürük. Xalqlar SSRİ irsinin təsiri altında Rusiya ilə birlikdə mövcud olub-olmamaq barədə qərar verməlidirlər. Ukrayna indi bəzi digər ölkələr kimi bununla kifayət qədər tez sərhədləri ayırır, çünki Rusiyanın həm yumşaq, həm də sərt gücü indi xeyli azalıb. Və biz artıq görürük ki, Azərbaycan bundan artıq yararlanıb. Müharibədən sonra Ukrayna postsovet məkanının qərb hissəsində ən böyük təsirə malik olacaq və Baltik və Qara dəniz arasında ən mühüm oyunçu olacaq”.

Onun fikrincə, Ukraynanın qələbəsindən sonra Belarus və Gürcüstanda rejim dəyişəcək, Moldova Aİ və NATO-ya daxil ola bilər.

Nazlan

Bütün xəbərlər Facebook səhifəmizdə