Rusiya Kiyevi “İskəndər"lə vurub...

Rusiya Kiyevi  “İskəndər"lə vurub...

Noyabrın 11-də səhər saatlarında Rusiya ordusu Kiyevə “İsgəndər” ballistik raketini buraxıb.

Raket, paytaxt yaxınlığında zərərsizləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə KSVA və Kiyev OVA məlumat yayıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, təxminən saat 9:00-da “İsgəndər” tipli ballistik hava hədəfi Kiyevə doğru atılıb. Raket Kiyevə çatmayıb, hava hücumundan müdafiə qüvvələri və vasitələri paytaxta yaxınlaşarkən onu məhv ediblər. Dağıntı və tələfat olmayıb.

Ukrayna tərəfinin verdiyi məlumata görə, gecə pilotsuz təyyarə hücumundan sonra ruslar bölgəni raketlərlə vurublar. Bölgənin rayonlarından birində raket iki yaşayış məntəqəsi arasındakı sahəyə düşüb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, kritik və ya yaşayış infrastrukturunda heç bir zərbə qeydə alınmayıb. Lakin partlayış dalğası 5 fərdi yaşayış binasına ziyan vurub. Belə ki, yaşayış binalarının dam örtüyü və pəncərə şüşələri sındırılıb. Həmçinin kommunal obyektlərə və özəl müəssisələrdən birinə cüzi ziyan dəyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə