Şimali Koreya Rusiya ilə dostluq münasibətlərinin daha da inkişaf edəcəyini açıqlayıb və ABŞ-ı bu vəziyyətə alışmağa çağırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Pxenyan administrasiyası ABŞ dövlət katibi Antoni Blinkenin Cənubi Koreyaya səfəri zamanı verdiyi açıqlamalara cavab verib.
Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Blinkenin Şimali Koreya-Rusiya əlaqələrinin inkişafı ilə bağlı narahatlığını ifadə etdiyi və iki ölkəyə qarşı əlavə sanksiyalardan danışdığı xatırladılıb və əlavə edilib ki, ABŞ rəhbərliyi müstəqil suveren dövlətlər arasında münasibətlərin inkişafına kin bəsləyir. Açıqlamada Blinkenin məsuliyyətsiz və təxribatçı açıqlamalarının ABŞ-ın narahatlığını azaltmaq əvəzinə Koreya yarımadası və regionda təhlükəli siyasi və hərbi gərginliyi artırdığı qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB