İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlami, ABŞ-ın hərəkətlərinin “İsraili süqutdan xilas etməyə” kömək edə bilməyəcəyini deyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Tasnim” agentliyi yayımlayıb.
Salaminin sözlərinə görə, ABŞ-ın hərbi yardımı İsrailə kömək etməyəcək və o, “mütləq məhv olacaq”.
“...İsrail HƏMAS hərbi əməliyyatı zamanı uçan güclü kəşfiyyat divarı idi. İsrail cinayət tarixi ilə yaşaya bilməz, bu onun tənəzzülünə və məhvinə aparan yoldur. İsrailin çəkindirmə qabiliyyəti sarsıdılıb və Birləşmiş Ştatlar İsraili xilas edə bilməyəcək, o, mütləq yıxılacaq”.
Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ-ın İsrailə 320 milyon dollar dəyərində partiyası mərmi tədarük edəcəyi barədə məlumatlar peyda olmuşdu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB