...Rostov-na-Donudakı 1 saylı istintaq təcridxanasının məhbusu, qondarma terrorçu həbsxana “Camaat”ı işi üzrə təqsirləndirilən Aynutdin Əliboriyev kamerada özünü asıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu iş üzrə əvvəllər məhkum olunmuşlardan biri məlumat verib.
Onun dediyinə görə, mərhumun barəsində 2019-cu ilin fevralından istintaq gedirmiş.
Deyilənlərə görə, Əliboriyev “cinayət işinə” görə ciddi depressiyaya düşüb.
Həmən məhkumun dediyinə görə, bu gün rus həbsxanalarındakı əksər məhbuslar psixi müayinədən keçmək üçün vəsatət qaldırırlar.
Qeyd edək ki, Əliboriyev Moskvada həkimlərə göstərilib. Amma həkimlər onun ağlı başında olduğunu bildiriblər. Hətta onun saxtakarlıq etdiyini də bildiriblər.
Onu qeyd edək ki, terror aktında ittiham edilən Əliboriyevi 20 ilə qədər həbs gözləyirmiş.
Mərhumun təxminən 40 yaşı var idi, həbs olunmazdan əvvəl Dağıstanın Buynaksk şəhərində yaşayıb. Onun qoca anası, həyat yoldaşı və iki qızı qalıb.
Bu arada Kalmıkiyanın Yaşkul kəndindəki islah koloniyasında “Camaat” terror icmasının yaradılması ilə bağlı cinayət işi açılıb.
Rus müstəntiqlərin iddiasına görə, icma 2013-cü ildə Dağıstandan olan, qanunsuz silah alverinə görə orada cəza çəkən Şahban Həsənov tərəfindən yaradılıb.
O, azad edilib və 2015-ci ildə Xasavyurtda öldürülüb.
Hazırda bu işdə ümumilikdə 100-dən çox adam, o cümlədən koloniyanın rəisi və onun müavinin də adı çəkilir. Onlar terror təşkilatına himayədarlıq etməkdə şübhəli bilinirlər.
Bu iş üzrə artıq bir neçə məhbusun hökmü çıxarılıb. Onlar 7 ildən 24 ilə qədər həbs cəzası alıblar.
Maraqlıdır ki, yerli jurnalistlər bu iş üzrə təqsirləndirilən şəxslərdən biri ilə istintaq təcridxanasında əlaqə saxlaya biliblər. Belə ki, Maqomedali Ramazanov adlı birisi bütün bunların müsəlman dininə mənsub olanlara qarşı tamamilə uydurma bir oyun olduğuu, ümumiyyətələ “Camaat” adlı belə bir hücrənin mövcudluğunu inkar edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB