Daha iki NASAMS sistemi Ukraynaya verildi

Daha iki NASAMS sistemi Ukraynaya verildi

Litva iki NASAMS zenit-raket sistemini Ukraynaya verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin müdafiə naziri Arvydas Anusauskas bildirib.

“...Atış qurğuları Ukrayna Silahlı Qüvvələrinin atəşə nəzarət bölmələrinə inteqrasiya olunacaq, Norveç və ABŞ tərəfindən ötürülən NASAMS sistemlərinin əməliyyat imkanlarını tamamlayacaq və genişləndirəcək”.

Anusauskas bildirib bunu.

Nazir vurğulayıb ki, Litvanın dəstəyi Ukraynanın müdafiə qabiliyyəti üçün vacib olaraq qalır.

“Biz Ukraynanın ehtiyaclarını dinləyirik və müttəfiqləri də onlara qulaq asmağa çağırırıq”, - deyə litvalı nazir bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə