İsrailin Qəzza zolağına endirdiyi zərbə zamanı Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin nəvəsi öldürülüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yerli KİV-ə istinadən xəbər verir.
Deyilənlərə görə, Rua Hammam İsmayıl Haniya tibb fakültəsinin tələbəsi olub.
Xatırladaq ki, oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının İsrail ərazisinə genişmiqyaslı hücumu ilə Yaxın Şərqdə vəziyyət gərginləşib.
Buna cavab olaraq İsrail müdafiə ordusu Qəzza zolağına hücum edib. Hər iki tərəf bir-birinə qarşı hərbi əməliyyatlar elan edib.
Oktyabrın 27-də İsrail Qəzza zolağına genişmiqyaslı qurudan hücuma başlayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB