“Get, Cozef” şüarını səsləndirən qadın alqışlarla zaldan çıxarılıb
ABŞ prezidenti Cozef Baydenin çıxışı Qəzza zolağında atəşkəsə çağıran fəal tərəfindən kəsilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə artıq video da yayımlanıb.
Beləliklə, verilən məlumata görə, insident Baydenin İllinoys ştatında avtomobil ittifaqının tədbirində çıxışı zamanı baş verib. Videoda çıxışın başlamasından az sonra ABŞ prezidentinin sözünü bir qadının necə kəsdiyi göstərilir.
“...Siz Qəzza zolağında atəşkəsə çağırmalısınız”-deyə qadın fəal tamaşaçılar arasından qışqırıb.
Bayden həmin anda danışmağı dayandırıb və qadını oradan uzaqlaşmağa çağırıb.
Lakin sonda o, “Get, Cozef” şüarını səsləndirərək, tamaşaçıların alqışları altında zaldan çıxarılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB